Məhəmmədhüseyn Şəhriyar

"İnsan və cin"


Barilaha! Sən bizə ver bu şəyatindən nicat,

İnsanın nəslin kəsib, ver insə bu cindən nicat.

Bizdən ancaq bir qalırsa, şeytan artıq min doğub

Hansı röyada görüm mən bir tapa mindən nicat.

Beş min ildir bu səlatinə giriftar olmuşuq,

Din də gəldi, tapmadıq biz bu səlatindən nicat.

Bir yalançı din də olmuş şeytanın bir möhrəsi

Doğru bir din ver bizə, ver bu yalan dindən nicat.

Hər dua şeytan edir, dünya ona Amin deyir,

Qoy dua qalsın, bizə sən ver bu Amindən nicat.

Ya kərəm qıl, kinli şeytanın əlindən al bizi

Ya ki, şeytanın özün ver, bircə bu kindən nicat.

Öldürür xalqı, sonra xətmin tutub Yasin oxur,

Barilaha, xalqa ver bu hoqqa Yasindən nicat

Şurəvidən də nicat umduq ki, bir xeyr olmadı,

Olmasa, çay sandığında qoy gələ Çindən nicat.

Mən toyuq tək öz hinimdə dustağam illər boyu,

Bir xoruz yolla tapam mən bəlkə bu hindən nicat.

Şəhriyarın da əzizim bir tutarlı ahı var,

Düşməni Əhrimən olsun, tapmaz ahından nicat.




1400.7.19
Bölüm : Şeir,